Ən təmiz ürəkli BÜRCLƏR: Dürüstlük, ədalət... - FOTO

Ən təmiz ürəkli BÜRCLƏR: Dürüstlük, ədalət... - FOTO

Astroloqların fikrincə, bəzi bürclər müsbət xasiyyətləri və xoş auraları ilə seçilirlər. Bu bürclərdən olan insanlar daim yaxşııq etməyi və insanları sevindirməyi həyat tərzinə çeviriblər.

 

Sfera.az BAKU.WS-ə  istinadən sözügedən bürcləri təqdim edir:

Qız

Qız bürcləri kənardan baxıldığında soyuq və ya qəddar kimi qəbul edilə bilər. Ancaq bu, Qız bürcünün əsl mahiyyətini əks etdirmir. Qız bürcləri nizamlı həyat tərzi ilə tanınır. Qızlar emosional olaraq özlərini idarə edir və qarşıdakı insana pislik arzulamırlar. Onlar üçün vacib olan dürüstlük, ədalət və yardımsevərlikdir.

Balıq

Balıqlar xeyirxahlıq və fədakarlıq məsələlərində ikinci yeri tutur. Çox vaxt introvert və emosional görünsələr də, Balıqlar əslində son dərəcə səxavətli və yaxşı ürəkli insanlardır. Onlar digər insanı xoşbəxt etmək üçün əllərindən gələni edirlər. Balıqlar qarşı tərəfə pislik arzulamır, əksinə, həmişə xoş niyyətlə yanaşaraq, müsbət təəssürat buraxmağa çalışırlar. Onlar üçün vacib olan insanlara kömək etmək və sevgi ilə yaşamaqdır.

Tərəzi

Tərəzilər ədalətli və balanslı təbiətləri, düşünmədən başqalarına mövcud imkanları təqdim etməkdə səxavətləri və xeyirxah rəftarları ilə seçilir. Məhz buna görə də xeyirxahlıq və fədakarlıq baxımından onlar cəmiyyətdə daha çox sevilir. Bürclər rənglərlə ifadə edilsəydi, Tərəzi mütləq təmizliyi və xoş niyyəti simvolizə edən ağı təmsil edərdi.

 


OXŞAR XƏBƏRLƏR