"Biz onları sevirik, onlar da bizi" - Peskovdan ermənilərlə bağlı AÇIQLAMA

“Rusiyada Ermənistandan daha çox erməni yaşayır”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, fikirlərini bu cür ifadə edib.

 

“Bilirsinizmi ki, Rusiyada yaşayan ermənilər Ermənistandan daha çoxdur? Onlar da rusdurlar və burada özlərini yaxşı hiss edirlər. Biz onları sevirik, onlar da bizi”, – Dmitri Peskov deyib.

 

Onun çıxışı “Rossiya-24” telekanalında yayımlanıb. Kreml sözçüsü vurğulayıb ki, ruslar və ermənilər əsrlər boyu belə yaşayıblar.

 

“Buna görə də biz Ermənistanla münasibətlərimizi yüksək qiymətləndiririk”, - mətbuat katibi yekunlaşdırıb.

 

Analitiklərin məlumatına görə, hazırda Rusiya Federasiyasında təxminən 1,7 milyon, Ermənistanın özündə isə üç milyona yaxın erməni yaşayır.

 

Günay


OXŞAR XƏBƏRLƏR