Rusiyanın bu bölgəsində səsvermə BAŞLADI

Rusiyada prezident seçkiləri üçün geri sayım davam edərkən, ölkənin ucqar bölgələrində səsvermə başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb. Məlumatda qeyd olunub ki, vətəndaşların səs verməsi üçün seçki qutuları ölkənin ən ucqar bölgələrinə aparılıb. Bildirilib ki, ölkənin uzaq şərqində yerləşən Yakutiyada prezident seçkiləri üçün erkən səsvermə başlayıb.
Qutuları daşıyan seçki komissiyasının üzvləri helikopterlə 250 kilometrdən çox məsafə qət ediblər.
Martın 15-17-də Rusiyada keçiriləcək prezident seçkilərində təqribən 80 milyon seçicinin sandığa getməsi və yenidən Putinin prezident seçilməsi gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə keçirilən seçkilərdə Putin səslərin təxminən 77 faizini toplayaraq dördüncü dəfə Rusiya Prezidenti seçilib.
Ülkər Abdurahmanlı