"Nikki Heyli seçkilərdən çəkiləcək, Trampın yolu AÇILACAQ" - "Reuters"

Siyasət
16:52 / 06.03.2024
3946
"2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizə aparan Nikki Heyli ön seçkilərdə bir neçə dəfə məğlub olduqdan sonra yarışı tərk edəcək. Bununla da keçmiş prezident Donald Trampın vahid namizəd olmaq yolu açılacaq".
Sfera.az xəbər verir ki, bunu “Reuters”ə danışan mənbələr bildirib.
Onlar Heylinin Trampa dəstəyini bəyan etməyəcəyi də qeyd ediblər.
Heylinin qərarı yekunlaşdıqdan sonra 77 yaşlı Tramp revanş döyüşü üçün 81 yaşlı Demokrat namizəd və hazırkı prezident Co Baydenlə qarşılaşacaq.
Vasif