Putinin daha bir qeyri-rəsmi münasibətdən qızı doğulub - İDDİA

Putinin daha bir qeyri-rəsmi münasibətdən qızı doğulub - İDDİA

Rusiya Prezidenti Vladimir Putinin 5 uşağı var. 


Sfera.az xəbər verir ki, belə bir iddia ilə rusiyalı hüquqşünas, keçmiş parlament üzvü və siyasi şərhçi, vaxtilə Vladimir Putinə qarşı olan “Pussy Riot” pank qrupunu təmsilçisi 52 yaşlı Mark Feyq çıxış edib. 


O, Ukraynanın yerli kanallarından birinə verdiyi müsahibədə bu barədə danışıb. Feyq iddia edib ki, Putinin keçmiş sevgilisi, 40 yaşlı gimnast Alina Kabayevadan iki oğlu var. Onun sözlərinə görə, oğlanlardan birinin 9 yaşı var və o, İsveçrənin Luqano şəhərində dünyaya gəlib. Putinin “Balaca” Vladimir kimi tanınan digər oğlu isə 2019-cu ildə Moskvada anadan olub. 


Feyqin iddiasına görə, Putinin daha bir qeyri-rəsmi münasibətdən qız uşağı dünyaya gəlib. Həmin uşağın adı Luiza Rozovadır. 


Rusiya prezidentinin rəsmi nikahdan isə 2 qız övladı var. Onlardan böyüyünün adı Mariya Voronteva (38 yaşlı), kiçiyinin adı isə Katerin Tixonovadır (37 yaş).


Vasif


OXŞAR XƏBƏRLƏR