Tramp İlon Maskdan sponsoru olmağını XAHİŞ ETDİ

Tramp İlon Maskdan sponsoru olmağını XAHİŞ ETDİ

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2024-cü il seçki kampaniyası üçün sponsor axtararkən amerikalı milyarder İlon Maskla görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

 

Nəşrin qeyd etdiyi kimi, Tramp və komandası ABŞ prezidentliyi kampaniyasını maliyyələşdirmək üçün fəal şəkildə əlavə vəsait toplamağa çalışır. Trampa yaxın olan insayderin dediyinə görə, keçmiş prezident Maskı müttəfiqlərinə tərifləyib və tezliklə onunla şəxsi görüşə ümid etdiyini bildirib.

 

Tramp, Mask və digər üç varlı respublikaçının bazar günü Florida ştatının Palm-Biç şəhərində görüşdüyü dəqiqləşib.

 

Amerikalı milyarderin Trampın kampaniyasını maliyyələşdirib-maliyyələşdirməyəcəyi bilinmir. Bununla belə, məlumdur ki, "Tesla" və "Space X" şirkətlərinin sahibi Trampın əsas rəqibi, ABŞ Prezidenti Co Baydenin namizədliyini dəstəkləmir.

 

Əvvəllər Mask kütləvi miqrasiya səbəbindən ABŞ-nin süqutunu proqnozlaşdırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR