Bu ölkə "TikTok"u QADAĞAN EDİR - "Apple" və "Google" CƏRİMƏLƏNƏ BİLƏR

Bu ölkə

ABŞ Konqresinin Nümayəndələr Palatası Çinin "TikTok" sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

 

“Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq haqqında” layihənin müəllifləri respublikaçı Mayk Qallaqer və demokrat Raca Krişnamurtidir. Sənəddə bildirilir ki, "TikTok" xarici düşmənlər tərəfindən idarə olunur və ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır.

 

Qanun layihəsi qəbul olunarsa, "TikTok"un sahibi olan "ByteDance" korporasiyası "TikTok"u satmaq məcburiyyətində qalacaq və ya sosial şəbəkə ABŞ-də qadağan ediləcək. Qeyd olunur ki, qanun layihəsi həm də səlahiyyətlilərə xarici düşmənlər tərəfindən idarə olunan digər platformaları qadağan etməyə imkan verəcək.

 

Platformanın sözçüsü Aleks Haurek qanun layihəsini hazırlayanların məqsədinin "TikTok"a birbaşa qadağa qoymaq olduğunu bildirib.

 


Ötən may ayında Montana qubernatoru Qreq Gianforte ABŞ-də sözügedən ərazidə "TikTok" sosial şəbəkəsini tamamilə qadağan edən ilk şəxs olub. Yeni qanuna əsasən, ştatda müvafiq mobil tətbiqi yükləmək qadağandır. Qeyd olunub ki, “Apple” və “Google” proqram təminatının yüklənməsinə girişi bloklamalıdır, əks halda onları cərimə gözləyir.

 

2022-ci ilin dekabrında "CIA" "TikTok"u ABŞ-nin milli təhlükəsizliyinə təhdid adlandırıb. Bu fikri idarənin direktoru Uilyam Börns bildirib.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR

Rusiyada jurnalistlərə cinayət işi açıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha 3 əcnəbi jurnalistə qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açıb.   Sfera.az xəbər verir ki, ...

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...