Rusiyanın itirdiyi əsgərlərin sayı 420 mini ötüb – Ukrayna Baş Qərargahı

Rusiyanın itirdiyi əsgərlərin sayı 420 mini ötüb – Ukrayna Baş Qərargahı

Rusiya ordusu son 24 saat ərzində Ukraynanın Donesk vilayətinin Tauride istiqamətində 515 əsgərini və 71 texnikasını itirib. İtirilən texnikanın 10-nu tank, 24-ü zirehli döyüş maşını, 10-u artilleriya sistemi, 11-i adi texnika və 16-sı xüsusi texnika olub. 


Sfera.az xəbər verir ki, bu barədə Tauride Müdafiə Qüvvələrinin Birləşmiş Mətbuat Mərkəzi məlumat yayıb. 


Məlumata görə, həmin istiqamətdə yalnız bir gündə Rusiya tərəfi 33 hava zərbəsi, bir raket zərbəsi endirib, 1143 dəfə artilleriya atışı həyata keçirib. Ümumilikdə, bir gündə Rusiya ordusu 23 dəfə hücum edib. 


Ukrayna tərəfinin bildirdiyinə görə, bu istiqamətdə Rusiya ordusu hücmlarının sayını artırıb. Hücumların sayının artırılmasında məqsəd bir neçə yerdə mühasirədə qalan ordu qüvvələrini mühasirədən çıxartmaqdır. 


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə isə Rusiya ordusu son 24 saat ərzində 1250 əsgərini itirib. Bununla da Rusiyanın itirdiyi əsgər sayı 420 270 nəfərə çatıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR