Qadınların Azərbaycanın siyasi, sosial, elmi və iqtisadi həyatındakı ROLU

Qadınların Azərbaycanın siyasi, sosial, elmi və iqtisadi həyatındakı ROLU

2024-cü ilin əvvəlinə olan məlumata görə, ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Məlumata görə, ötən ildə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub.


 
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.


 
Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.


 
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən, 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.


 
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb.


 
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2023-cü ildə 12,0 faizədək artıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...

Vəzifəli şəxsin həyat yoldaşı işdən çıxarıldı - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə ...