"ABŞ-nin əsl düşməni Ağ Evdə oturur" - Makqreqor Baydeni İTTİHAM ETDİ

"ABŞ başqa ölkələrdə müharibələrə başlamağı dayandırmalı və diqqətini daxili siyasətinə yönəltməlidir". 

 

Sfera.az xəbər verir ki, bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor "X" sosial şəbəkəsində bildirib .

 

“Biz ölkə daxilində daha ciddi təhlükə ilə üz-üzəyik”, - o, yazıb.

 

Onun fikrincə, ABŞ-nin əsl düşməni Ağ Evdə oturur. Bununla da Makqreqor Amerika Prezidenti Co Baydenə eyham vurub.

 

Makqreqor bildirib ki, ABŞ üçün indi lazım olan ən son şey hər kəslə müharibədir. O, bu fikri ölkənin Meksika ilə sərhədində davam edən miqrasiya böhranı fonunda səsləndirib.

 

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi Bayden administrasiyasının tələbi ilə Texas səlahiyyətlilərinin sərhəd boyunca yerləşdirdiyi tikanlı məftillərin sökülməsinə icazə verdikdən sonra gərginliyin yeni mərhələsi başlayıb.

 

Həmçinin martın 5-də amerikalı iş adamı İlon Mask kütləvi miqrasiya davam edərsə, ABŞ-nin dağılacağını bildirib.

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR