Makrondan Rusiyanın təhdidlərinə SƏRT CAVAB: “Qorxaq olmağın zamanı deyil” 

Makrondan Rusiyanın təhdidlərinə SƏRT CAVAB: “Qorxaq olmağın zamanı deyil” 

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın təhdidlərinə cavab verib.

 

Sfera.az bildirir ki, bu yaxınlarda Ukraynaya qoşun yeritmək ideyasını müzakirə edən və fərqli reaksiyalarla qarşılaşan Makron bu dəfə Çexiyanın paytaxtı Praqadan səslənib. O, qorxmaq lazım olmadığını deyib.

 

“Biz tarixə və onun tələb etdiyi cəsarətə uyğun hərəkət etməliyik. Qorxaq olmağın zamanı deyil”, - Makron bildirib.

 

Fransa lideri həmçinin, Ukraynaya qoşun göndərməklə bağlı fikirlərinin arxasında dayandığını vurğulayıb. Almaniyanın müdafiə naziri Boris Pistorius Makronun bu çıxışına dərhal reaksiya verib:

 

“Ən azından mənim nöqteyi-nəzərimdən, qoşunların cəbhəyə göndərilməsi və ya az-çox cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur. Bu, Ukraynaya bacardığımız qədər dəstək verməklə bağlı problemlərimizi həll etməyə kömək etmir. Söhbət kimin daha çox kömək edə biləcəyindən, kimin daha cəsarətli olmasından getmir. Mövzu daha çətin məsələlərlə bağlıdır. Bu isə, artilleriya sursatlarının və ya hava hücumundan müdafiə sisteminin istehsalı kimi sənaye imkanlarını effektiv və sürətlə genişləndirməkdən ibarətdir. Biz bunlara fokuslanmalıyıq”.

 

Qeyd edək ki, Makronun fevralın 26-da verdiyi bəyanatdan sonra əksər Avropa ölkələri Ukraynaya qoşun göndərmək fikrində maraqlı olmadıqlarını bildirdilər. Fransa rəsmiləri, göndəriləcək əsgərlərin mina təmizləmə kimi işlərdə iştirak edə biləcəyi qənaətindədirlər.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qadınlar və kişilər niyə xəyanət edir? -Əsl səbəbi AÇIQLANDI

"Xəyanətin əsas səbəbi cansıxıcılıq deyil, partnyorların münasibətlərində emosional və erotik tənəzzüldür".   Sfera.az xəbər verir ki, bunu...

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.   Sfera.az xəbər verir ki, ...

Sahibə Qafarova Bosniya və Herseqovinaya getdi -FOTO

​​​​​İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər edib.   Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ...

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTO

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların s...

Moskva aeroportlarında məhdudiyyət tətbiq edildi

Moskva vilayətinin hava limanlarında - Vnukovo, Domodedovo və Jukovskidə təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.   ...

Laçında insan skeletinin qalıqları tapıldı

Laçında insan skeletinin qalıqları tapılıb.   Sfera.az-ın xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb.   ...