“Real Madrid” "Siti"nin futbolçusunu almaq istəyir – 100 milyonluq transfer

“Real Madrid”

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden karyerasını "Real Madrid"də davam etdirə bilər.

 

Sfera.az bildirir ki, Madrid klubu hazırda futbolçunu razı salmaq üçün əlindən gələni edir. 

 

Futbolçunun təxmini transfer qiyməti 100 milyon funt sterlinq hesab edilir.

 

Qeyd edək ki, Foden “Mançester Siti”nin yetirməsidir və 2016-cı ildən komandada çıxış edir. 23 yaşlı futbolçu "Siti" ilə Çempionlar Liqası da daxil olmaqla 16 kubok qazanıb.

 

Bu mövsüm cinah oyunçusu bütün turnirlərdə 39 oyun keçirib, 18 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Onun təxmini dəyəri 110 milyon avrodur.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR