Agentlik direktoru kişi müəllimlərin sayından DANIŞDI: “Regionlarda…”

Agentlik direktoru kişi müəllimlərin sayından DANIŞDI: “Regionlarda…”

"Tarixən qadınlar müəllimliyə daha çox meyl edib".

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 6 martda keçirilən brifinqdə deyib.

 

“Regionlarda müəllimlərin işə qəbulu müsabiqəsi əsasında işə qəbul edilən kişi müəllimlərin sayında artım var. Tam səmimi deyim ki, hansısa regionlarda kişi müəllimlərin azlığının və ya çoxluğunun təhsilin keyfiyyətinə müsbət və ya mənfi təsiri ilə bağlı hər hansısa tədqiqata rast gəlməmişik”, - E.Bağırov qeyd edib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR