Rusiya qələbəyə yaxınlaşır?: “Putin bu tarixdə Kiyevdə parad keçirə bilər” - İDDİA

Rusiya qələbəyə yaxınlaşır?: “Putin bu tarixdə Kiyevdə parad keçirə bilər” - İDDİA

“ABŞ-yə etimad etmək olmaz. Ukrayna savaşı bunu sübut etdi”.


Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O vurğulayıb ki, Rusiya və ABŞ imperialist ölkələrdir:


“Hər ikisi kiçik ölkələrə qarşı beynəlxalq hüquqa uyğun olaraq davranmır. Rusiya Ukraynanı işğal edərsə, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi və müstəqilliyi sual altında qalacaq. Moskvanın hər üç Cənubi Qafqaz ölkəsini tam nəzarətinə almaq ehtimalı yüksək olacaq”.


Ekspert bildirib ki, ABŞ-nin planları real nəticələr vermir:


“Bu gün Vladimir Putin Ukraynada qələbəsinə arxayın görünür və Qərbi zəiflətdiyini düşünür. Yay ayına kimi Qərb Ukraynaya yardım etməsə, Putin iyulda Kiyevdə parad keçirə bilər”.


Günay


OXŞAR XƏBƏRLƏR