Dünyanın ən şirin pilotu - Doğuşa kömək etmək üçün sükanı tərk etdi

Dünyanın ən şirin pilotu - Doğuşa kömək etmək üçün sükanı tərk etdi

Cakarin Sararnrakskul adlı pilot öz üzərinə qeyri-adi bir vəzifə götürməli olub. Bir sərnişin təyyarəsinin kapitanı üçün bu, 18 illik karyerasında görünməmiş bir hal olub.

 

Sfera.az bildirir ki, Taypeydən Banqkoka uçan təyyarədə hamilə sərnişininin qəfil doğuş sancısı başlayıb.

 

Ekipaj üzvləri bundan xəbər tutan kimi, 18 illik pilotluq təcrübəsi olan Sarrnrakskul pilot kabinini tərk edərək sərnişinin köməyinə qaçıb. İkinci pilot təyyarənin idarəsini ələ alıb.

 

Bu hadisə kapitan üçün bütün karyerası ərzində görünməmiş hal olsa da, o, fors-major halının öhdəsindən uğurla gələ bilib.


"Mən əvvəllər heç vaxt, mamaça olaraq uşaq dünyaya gətizdirməmişdim"-deyə pilot gülərək bildirir.

 

Banqkoka endikdən sonra ana və yeni doğulmuş uşağı həkimlər və təcili yardım maşını qarşılayıb. Pilot qürurla uşağın sağlam olduğunu, gənc ananın isə tam təhlükəsiz olduğunu vurğulayıb. Bütün ekipajın körpə ilə birlikdə paylaşdığı foto minlərlə bəyənmə alıb. İstifadəçilər postu “dünyanın ən şirin və sevimli” fotosu başlığı ilə paylaşıblar. 

 

"Bu körpə ömrünün sonuna qədər hər kəsə havada doğulduğunu söyləyə biləcək. Mən fəxr edirəm ki, onun doğulmasına kömək edə bildim"-deyən Sararnrakskul, ekipajın hətta uşağa Sky (ingilis dilində "səma") ləqəbini hədiyyə etdiyini də əlavə edir. 

Pilotun tibb təhsili olub-olmadığı məlum deyil, lakin o bununla hər kəsi heyrətləndirməyi bacarıb.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda pik saatlarda eskalator niyə işə salınmır? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunun stansiyalarındakı eskalatorların bəziləri işə salınmır, bu da günün pik saatlarında sıxlığa səbəb olur.   Sfera.az- ın verdiyi xəbərə...

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...