29 ildən çox itmiş hesab olunan “Ferrari”i tapıldı - FOTOLAR

29 ildən çox itmiş hesab olunan “Ferrari”i tapıldı - FOTOLAR

Böyük Britaniyada polis oğurlanmış Ferrari Testarossa F512M avtomobilini aşkar edib. 

 

Sfera.az bildirir ki, polisin tapdığı avtomobil “Formula 1” pilotu Gerhard Bergerə məxsus olub və 1995-ci ildə oğurlanıb. Onun qiyməti 400 min dollardan bahadır.

 

Bu Ferrari Gerhard Berger və Jan Alesidən oğurlanan iki avtomobildən biridir. Hadisə 1995-ci ildə San Marino “Qran Pri”si zamanı baş verib. Pilot Berger hətta sadə bir “Volkswagen Golf” avtomobilində hücum edənləri tutmağa çalışıb.

 

Oğurluqdan sonra avtomobilləri bir daha görən olmayıb və 28 ildir onlardan xəbər yoxdur. Polis “Ferrari F512M”nin demək olar ki, dərhal Yaponiyaya daşındığını, 2023-cü ildə isə Böyük Britaniyaya gətirildiyini müəyyən edib.


Hadisənin üstünün açılması isə maraqlı təsadüfdən ibarətdir.  ABŞ-dan bir kolleksiyaçı “Ferrari Testarossa” almaq qərarına gəlib. “Ferrari” məlumat bazası yoxlanılan zaman avtomobilin axtarışda olduğu məlum olub. İtalyan avtomobil istehsalçısı dərhal Britaniya polisi ilə əlaqə saxlayıb və avtomobil müsadirə edilib.

 

Gerhard Bergerin “Ferrari”si kabində sükan dəyişdirilməsinə və ön paneldə bir hissənin olmamasına baxmayaraq, ümumilikdə yaxşı vəziyyətdədir. O, 350 min funt sterlinq (443 800 dollar) dəyərində qiymətləndirilib. Polis araşdırma aparır və oğruları tapmağa, həmçinin Jan Alesinin Ferrari avtomobilini də tapmağa ümid edir.

 

Qeyd edək ki, “Ferrari F512M” “Testarossa”nın son versiyasıdır. Kupe 443 at gücünə malik, 4,9 litrlik 12 mühərriklə təchiz edilmişdir. Sürəti 100 km/saat (təxminən 4,8 saniyəyə 315 km/saata) çatır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda pik saatlarda eskalator niyə işə salınmır? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunun stansiyalarındakı eskalatorların bəziləri işə salınmır, bu da günün pik saatlarında sıxlığa səbəb olur.   Sfera.az- ın verdiyi xəbərə...

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...