Cənubi Çin dənizində atışma - ÇXR və Filippin gəmiləri toqquşub, itkilər var

Cənubi Çin dənizində atışma - ÇXR və Filippin gəmiləri toqquşub, itkilər var

Çin gəmiləri Filippin Sahil Mühafizəsinin gəmiləri ilə toqquşub. 

 

Sfera.az xəbər verir ki, insident Çin gəmilərinin təhlükəli manevrləri nəticəsində yaranıb.

 

Çinin su şırnaqlarından istifadə etməsi nəticəsində onların gəmi heyətindən dördü yaralanıb, iki Filippin gəmisindən yalnız biri Filippin qüvvələrinə təchizat çatdıra bilib.

 

Filippin Sahil Mühafizəsi gəmilərindən birinin bu gün Cənubi Çin dənizində rotasiya və təchizat missiyası zamanı Çin sahil mühafizə gəmisi ilə toqquşduğunu bildirib.

 

Bundan əlavə, Filippin ekipaj üzvlərindən dördünün Çinin su şırnaqlarından istifadə etməsi nəticəsində yaralandığını bildirib.


Çin sahil mühafizəsi isə “İkinci Tomas Mill” kimi tanınan Renai rifi yaxınlığında sulara qeyri-qanuni daxil olan Filippin gəmilərinə qarşı qanuna uyğun olaraq nəzarət tədbirləri gördüyünü iddia edir.

 

Açıqlamada Filippin gəmilərinin xəbərdarlığa məhəl qoymayaraq bilərəkdən Çin gəmiləri ilə toqquşduğu da qeyd edilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında iki Filippin gəmisi Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətini daşıyan iki mülki gəmini müşayiət edib. Çin gəmiləri onların yolunu kəsməyə çalışıb. Bu, 2023-cü ildə ÇXR və Filippin gəmiləri arasında artıq toqquşmaların başlandığı Cənubi Çin dənizinin mübahisəli hissəsində baş verib.


Bir gün əvvəl Filippin prezidenti kiçik Ferdinand Markos ölkəsinin Cənubi Çin dənizindəki mübahisələrini həll etmək üçün Çinlə ikitərəfli danışıqları davam etdirəcəyini desə də, mübahisəli sularda təcavüz nümunəsini sərt tənqid edib.

 

Öz növbəsində Aİ-nin Filippindəki səfiri Luc Veron, Filippin gəmilərinə qarşı yönəlmiş Çin gəmilərinin manevrləri və blokadalarından narahat olduqlarını ifadə edib. O, Aİ-nin bütün üzvlərinin Çinin 2016-cı il arbitraj qərarına hörmət etməyə çağırışını təkrarlayıb. Xatırladaq ki, bu qərar Çinin bütün dəniz iddialarını etibarsız edir. Lakin Pekin bu qərarı qəti şəkildə rədd edib.


Bildiyiniz kimi, Çin və ASEAN üzvləri (Filippin, Malayziya, Bruney, Vyetnam) Cənubi Çin dənizindəki Spratli arxipelağı (Çin tərəfdən Nanşa adlandırılır) üzərində ərazi mübahisəsi ilə məşğuldur. Birləşmiş Ştatlar bəzi regional dövlətlərlə müttəfiqlik münasibətləri qurub və Çinlə mübahisələrdə onların mövqeyini dəstəkləyir. Eyni zamanda, bəzi zonaları bir neçə dövlət tərəfindən mübahisəli olan təbii sərvətlərlə zəngin Cənubi Çin dənizi vasitəsilə hər il 5 trilyon dollar dəyərində yük daşınır.


Xatırladaq ki, fevralın 13-də Yaponiya hökumətinin Filippin, İndoneziya, Malayziya və Vyetnama Çinin Cənubi Çin dənizində artan iddialarına qarşı durmaq üçün onlara uzunmüddətli təhlükəsizlik dəstəyi verməyi planlaşdırdığı bildirilmişdi.

 

ABŞ prezidenti Co Bayden ölkəsinin mübahisəli Cənubi Çin dənizində hər hansı bir hücum olacağı təqdirdə Filippini müdafiə edəcəyi barədə Çinə xəbərdarlıq edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR