Husilər Avropa, Asiya və Afrikanı birləşdirən telekommunikasiya xətlərini dağıtdı?

Qırmızı dənizdə husi yaraqlılarının hücumları davam edir.
Sfera.az xəbər verir ki, Avropa, Asiya və Afrikanı birləşdirən 15 sualtı telekommunikasiya kabelindən dördü Qırmızı dənizdə zədələnib. Açıq mənbələrdən telekommunikasiyanın Husilərin silahlı hücumları nəticəsində zədələndiyi bildirilir.
Husilər isə ittihamları rədd edərək, kabellərin ərazidə fəaliyyət göstərən Britaniya və Amerika hərbi birləşmələrinə zərər verdiyini iddia edirlər.
Şirkət öz açıqlamasında Qırmızı dənizdəki bu hadisənin ciddiliyini vurğulayıb. Bu telekommunikasiya xətlərinə Asiya-Afrika-Avropa 1 (AAE-1), Avropa Hindistan Gateway, Seacom və TGN daxildir, ki, hesablamalara görə, regionda trafikin 25%-ni məhz bu kabellər təşkil edir. Zədələnmiş xətlətər məlumatların Asiyadan Avropaya ötürülməsi üçün kritik əhəmiyyət kəsb edir.
CNN-in məlumatına görə, Avropa və Asiya arasında informasiya axınının 90%-i Qırmızı dənizdəki infrastrukturdan keçir.
Qırmızı dəniz kabellərini tam olaraq nəyin sıradan çıxardığı hələ məlum olmasa da, Husilərin Qırmızı dəniz bölgəsində gəmilərə hücumları davam edir. Bəzi mənbələr isə husilərin dəniz dibi boyunca uzanan kommunikasiya xətlərini məhv etmək qabiliyyətinə malik olmamadığını bildirir. Kabellərin gəmidən atılan lövbərlə tutula və ya zədələndiyi ehtimal edilir.
Qeyd edək ki, keçən həftə İsrailin "Globes" xəbər agentliyi də kabellərin zədələnməsinin arxasında husilərin olduğunu irəli sürüb. Yəmən üsyançılarının lideri Abdel Malek əl-Husi bütün ittihamları rədd edir.
“Bizim region ölkələrini internetlə təmin edən dəniz kabellərini hədəfə almaq niyyətimiz yoxdur”-deyə o bildirib.
Üsyançıların rəsmi xəbər agentliyi isə, husilərin o vaxtdan bəri ərazidə fəaliyyət göstərən Britaniya və Amerika hərbi birləşmələrini dəyən ziyana görə günahlandırdığını bildirir.
Xanım
Sfera.az