ABB on nominasiyanın onunda da qalib oldu!

ABB on nominasiyanın onunda da qalib oldu!

ABB 2023-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 10 mükafatına layiq görülüb.

 

Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığı dəstəkçisi", "Təhsil dəstəkçisi", "Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi", "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü", "Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi", "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri", "Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)", "Özünüməşğulluq proqramında iştirak".

 

Qeyd edək ki, "Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi", eləcə də "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü" nominasiyaları üzrə sektorda yeganə nominant məhz ABB olub. 


ABB ötən il sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini uğurla davam etdirib.

 

Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb. ABB əməkdaşları xüsusilə maliyyə sektorunda data texnologiyalarının tətbiqi ilə bağlı mütəmadi maarifləndirici yazılarla çıxıb ediblər. Universal maliyyə qrupu olan ABB 2023-cü ildə investisiya və sığorta məhsullarını ABB mobile tətbiqi üzərindən hər kəsə əlçatan edib. Bankın ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı yaradan "Faydalı keşbek" layihəsi ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılmasına, rəqəmsal müştəri təcrübələrinin formalaşdırılmasına töhfə verib. ABB ötən il real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlar üçün yeni fürsətlər yaradıb. ABB rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələrində, özünüməşğulluq proqramlarında da fəallıq göstərib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...