"Arsenal" "Şeffild Yunayted”i DARMADAĞIN ETDİ - VİDEO

İdman
17:48 / 05.03.2024
6545
"Arsenal" klubu İngiltərə çempionatının 27-ci turu çərçivəsində səfərdə “Şeffild Yunayted”i
Sfera.az bildirir ki, “Brammel Leyn” stadionunda keçirilən görüş 6:0 hesabı ilə başa çatıb.
Beləliklə, “Arsenal” İngiltərə futbol tarixində ardıcıl üç səfər matçında 5+ top fərqi ilə qalib gələn ilk komanda olmaqla rekorda imza atıb.
Bundan əvvəl Mikel Artetanın komandası səfərdə “Vest Hem Yunayted” (6:0) və “Bernli”ni (5:0) məğlub edib.
Qeyd edək ki, "Arsenal" 27 turdan sonra Premyer Liqada 61 xalla 3-cü pillədə qərarlaşıb. Çempionata 63 xalla "Liverpul" başçılıq edir.
London klubu növbəti matçını martın 9-da "Brentford"a qarşı keçirəcək.
Fatimə Lətif