Gənc qadın dəm qazından boğuldu
Hadisə
11:09 / 24.11.2016
1847
Bakıda qadın hamam otağında dəm qazından zəhərlənib.
Sfera.az-ın "musavat.com”-a istinadən xəbərinə görə, hadisə bu gecə Sabunçu rayonu ərazisində, Ramana qəsbəsinin Südçülük sovxozunda baş verib. 1989-cu il təvvəllüdlü Aslanova Natiqə Natiq qızı hamam otağında çimərkən huşunu itirib. Onun dəm qazından zəhərləndiyi məlum olub. Natiqə Aslanova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, Natiqə Aslanova Sabunçu rayonu ərazisində dilənçiliklə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.