BŞTİ müdiri valideynlərə ÇAĞIRIŞ ETDİ: "Lazımi dəstək olmasa..."

BŞTİ müdiri valideynlərə ÇAĞIRIŞ ETDİ:

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın bu ilin sonuna qədər Bakı məktəblərinin demək olar ki, hamısında tətbiq olunacağı gözlənilir.

 

Sfera.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib.

 

O bildirib ki, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" çox əlçatan və müfəssəl sənəddir ki, bu da həm məktəbə, həm də valideynlərə şagirdin necə olmalı olduğunu, təhsil müəssisəsində özünü necə aparmalı olduğunu başa düşməyə imkan verir.

 

"Hazırda layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 62 ümumi təhsil müəssisəsində həyata keçirilir. Pilot layihənin birinci mərhələsinin nəticələrinin təhlili göstərdi ki, bu məktəblərdə tədris mühiti müsbət istiqamətdə dəyişir. Bununla belə, bir daha vurğulamaq lazımdır ki, məktəb mühitinin formalaşmasında məktəblə valideynlər arasında əməkdaşlıq mühüm rol oynayır. Təhsil müəssisələri valideyn icmaları ilə münasibətlərinə əsaslı şəkildə yenidən baxmalı, bu istiqamətdə işləri gücləndirməlidirlər. Cəmiyyətdən, xüsusən də valideynlərdən lazımi dəstək olmasa, tez nəticə əldə etmək çox çətin olacaq", - o qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...

“Qarabağ” “Tottenhem”ə məğlub oldu - YENİLƏNDİ

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yar...