“Biz KTMT-dən çıxmamışıq, bu..." - Asryan Paşinyana qarşı çıxır?

“Biz KTMT-dən çıxmamışıq, bu...

Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Edvard Asryan KTMT ilə bağlı açıqlama verib.

 

Sfera.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

 

“Biz hələ KTMT-dən çıxmamışıq, bu qərarın mümkün nəticələri dövlət sirridir. ”, - deyə Asryan Təşkilatı tərk etməyin fəsadları ilə bağlı sualı cavablandırıb.

 

O, Rusiyadan silah tədarükü ilə bağlı sualları şərh etməyib və bu məlumatların həm də dövlət sirri olduğunu vurğulayıb.

 

Fevralın 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-də de-yure iştirakının dondurulmasının mümkünlüyünü açıqlayıb.

 

Martın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin Rusiyadan asılılığını "strateji səhv" adlandırıb. 

 

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərə yenidən baxılacağını açıqlayıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...

“Qarabağ” “Tottenhem”ə məğlub oldu - YENİLƏNDİ

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yar...