MM-də müharibə veteranlarının müavinətlərinin artırılması MÜZAKİRƏ OLUNDU

MM-də müharibə veteranlarının müavinətlərinin artırılması MÜZAKİRƏ OLUNDU

“Ombudsmanın məruzəsi kifayət qədər əhatəli və sistemlidir”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında deputat Əli Məsimli deyib .


“Hazırki reallıqlar çərçivəsində müəyyən işlərin görülməsi bu məruzəni müsbət qiymətləndirməyə imkan verir. 76 təklif irəli sürülüb. Məruzədə mövcud problemlərin faktlara əsaslanaraq təqdim olunması mülki, mənzil, təhsil və bu kimi sahələrdə nə kimi məsələlərin olduğunu göstərir. Müraciətlərin xeyli hissəsi deputatlara olunan müraciətlərlə üst-üstə düşür. Şəhid ailələrinin, müharibə veteranlarının hüquqlarının müdafiəsi təklifini yüksək qiymətləndiririk. Minimum əməkhaqqı, müavinətlərin artırılması sahəsində addımlar atılır. Müharibə veteranlarının 80 manatlıq müavinətlərinin artırılmasını da müsbət hesab edirik. Bakı şəhəri Nərimanov rayonunda yaşayan Abdullayev Fərman tərəfindən bizə daxil olan müraciətdə qeyd edilib ki, hazırda yaşadığı ev 1978-ci ildə təhvil verilib və sakinlər hələ də burada yaşayır. 2011-ci ildə isə yaxınlıqda 16 mərtəbəli bina tikilib və oraya da eyni ünvan qeyd olunub. Buna görə də seçki bülletenləri, təcili tibbi yardım səhv gedir, ev alqı-satqısında problem yaşayırlar. Bu məsələyə də baxılmasını xahiş edirəm”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...