Bu xəstəlik qaraciyər çatışmazlığına SƏBƏB OLUR – \"6 ay nəzarət...\"

Bu xəstəlik qaraciyər çatışmazlığına SƏBƏB OLUR – \

Qış aylarında yayılan virusların sayı çoxalıb. Onlardan biri də el arasında sarılıq kimi tanınan Hepatit A virusudur.

 

Hepatit A nə üçün son dövrlərdə daha çox yayılıb?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim pediatr Aytən Ziyadova bildirib ki, adətən 90 faiz insanlar uşaq yaşlarında bu xəstəliyə yoluxur.

 

“Bəzən sarılıq xəstəliyinin siptomları üzə çıxmır. Amma, əsasən, sarılıq xəstəliyi keçirən insanların gözlərinin və əllərinin içinin rəngi tündləşir. İdrarın da normadan artıq tünd olması bu xəstəliyin əlamətidir. Bu virus qaraciyərə toksiki təsir göstərir. Bu virusa yoluxan insanlarda halsızlıq, ürəkbulanma, öskürək, burun axıntısı kimi qripin simptomlarına bənzər kliniki əlamətlər müşahidə edilir. Hepatit A virusunun xüsusi bir müalicəsi yoxdur. Bu xəstəliyi keçirən şəxsin orqanizmində antitellər ifraz olunur. Bu antitellər xəstəlik sağalandan sonra da insan orqanizmində yaşayır. Bu xəstəlikdən qorunmaq üçün peyvəndlənmənin böyük əhəmiyyəti var. Bu xəstəlik uşaqlara çirkli əşyalar və qida vasitəsilə də yoluxa bilər”.

 

Həkim qeyd edib ki, çirkli su hövzələrinin artması, insanların gigiyena qaydalarına riayət etməməsi bu xəstəliyə yoluxma riskini daha da yüksəldib.

 

“Bu xəstəlik qaraciyər çatışmazlığına kimi gətirib çıxarda bilər. Məhz bu baxımdan, valideynlər qrip xəstəliyinin əlamətlərinə bənzər simptomlara biganə yanaşmamalıdır. Bu xəstəliyin sürətlə yoluxma qabiliyyəti var. Yetkin şəxslər uşaqlara nisbətən bu xəstəliyi daha ağır keçirir. Virusa qarşı yanlız dəstəkləyici müalicə üsullarından istifadə olunur. Bu da immuniteti gücləndirmək üçündür. Hepatit A virusuna yoluxan şəxslər 6 ay ambulator nəzarətdə saxlanılmalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...