"Xalq bununla bir daha Prezidentə öz etimadını göstərdi" - Ombudsman

“30 ildən sonra doğma ata-baba yurdlarına qayıdan, səsvermədə iştirak edən vətəndaşlarımız fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində fəal iştirak ediblər”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında Ombudsman Səbinə Əliyeva deyib.


“Prezident İlham Əliyevi böyük səs çoxluğu ilə yenidən seçən xalq bir daha öz etimadını göstərdi. Prezident İlham Əliyevi bir daha bu səbəbdən təbrik edirəm. Seçkilər demokratik, ədalətli və şəffaf şəkildə həyata keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə silsilə səfərləri xalqımız tərəfindən böyük məmnuniyyətlə qarşılanıb”, - ombudsman qeyd edib.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR