"Əgər prezidentin şərəf və ləyaqətini qorumaq üçün hüquqi mexanizmlər nəticə vermirsə"... - Zahid Oruc

“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 5 mart 2024-cü il tarixli iclasında deputat Zahid Oruc deyib.


Deputat bildirib ki, xalqın müdafiəsini və təhlükəsizliyini təmin edən Prezidentə, Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır:

 

“Birinci şəxsin səbrini sınayaraq onu quruculuq ideallarından və humanist duyğularından çıxarıb emosional qərarlara çəkmək istəyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə prezidentə hücum edənlər əslində ölkəyə silahlı hücum edən xarici təcavüzçülərdən heç nə ilə fərqlənmirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenliyi, qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir”.

 

Millət vəkili qeyd edib ki, Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərini təhqir qanunla cəzalandırılır:

 

“İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti mövcuddur. Amerikada prezidenti söymək azadlığından danışanlar, orada hüquqi cəmiyyət və vətəndaş məsuliyyətinin yuxarı olduğunu unudurlar. 

 

Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media-məxfi xidmət şəbəkəsi prosesin önündə gedir. Onların yaydıqları 4 P proqramı-Peqasus, Panama, Pandora və Paradise sənədlərinin küfr və cəfəngiyyat olduğunu təmsil etdiyim Mərkəz sənədlərlə sübut edib. Ölkə başçısını siyasi qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədlərini təşkil edir.

 

İkinci qrupa erməni lobbi mərkəzləri, Boqosyan-Qlüksman cütlüyü və Qarabağın zəngin sərvətlərini uzun illər sümürən xarici şirkətlər, onların Avroparlament, Avroşuradakı siyasi lobbiçiləri dayanır. Belə hücumlarla ölkəmizdən sərvət və imtiyazlı neft-qaz, yaxud qiymətli əlvan metal kontraktları qazanmağı düşünən böyük korporasiyalar böhtanın sifarişçiləridir”.


“Nəhayət, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır. Onların çörəyi youtube və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarından çıxır.


Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”, - Z.Oruc deyib.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...