Qonşu ölkədə zəlzələ oldu - Dağıntılar və tələfat...

Qonşu ölkədə zəlzələ oldu - Dağıntılar və tələfat...

İranın cənub-şərqində zəlzələ baş verib. 

 

Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC ) məlumat yayıb.

 

Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla saat 04:20-də baş verib. Seysmik hadisənin episentri 131 min insanın yaşadığı İranşəhr şəhərindən 120 km cənub-qərbdə yerləşib.

 

Zəlzələnin mənbəyinin 10 km dərinlikdə yerləşdiyi qeyd edilir. Mümkün dağıntılar və tələfat barədə məlumat verilmir.

 

Bundan əvvəl Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Petr Şebalin demişdi ki, Alma-Ata güclü zəlzələlərin baş verə biləcəyi yüksək seysmik bölgədir. Ona görə də bu gün orada baş verən 5 baldan çox zəlzələdən sonra 24 saat ərzində afterşokların olacağı gözlənilir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR