Son arzusu 15 illik həyat yoldaşı ilə yenidən evlənmək oldu - FOTOLAR

Şotlandiyanın Renfrü şəhərindən olan 38 yaşlı Danielle Finley-Edvard son arzusunu həyata keçirib. O, sevgilisi Con Vo ilə çoxdan gözlədiyi toyunu edib. Ancaq cütlük üçün bu sevincli gün təkcə xoşbəxtlik deyil, həm də kədərlə dolu olub, çünki gəlin xərçəng xəstəliyindən əziyyət çəkir.
Sfera.az bildirir ki, cütlüyün toyu martın 1-də lüks oteldə baş tutub. Hər şey ən xırda təfərrüatına qədər düşünülüb.
Keçən sentyabr ayında Danielle gözlənilmədən 4-cü mərhələdə bağırsaq xərçəngi olduğunu öyrənib. Həkimlərin fikrincə, bu xəstəlik sağalmazdır. Buna baxmayaraq, qadın öz arzusunu həyata keçirməyə və 15 il birlikdə yaşadığı sevgilisi ilə rəsmən evlənməyə qərar verib.
Qadının toy mərasimini təşkil etməyə kömək edən yerli “ Wedding Wish Makers” xeyriyyə təşkilatı əvvəlcə sevgililərin arzusunu öyrənib. Könüllülər və yerli sahibkarlar Danielle və Con üçün inanılmaz bir toy təşkil ediblər.
"Təsəvvür etdiyimdən də heyrətamiz idi"-deyə gəlin bildirib.
Təşkilatçıların onunla şahzadə kimi davrandığını deyən gəlin, evdən çıxanda orada olan hər kəsin - qohumlar, tibb işçiləri və hətta qonşuların onu alqışlarla qarşılaması qarşısında göz yaşlarını saxlaya bilməyib.
Aysel
Sfera.az