Ermənistan itkin düşən əsgərimizlə bağlı cinayət işinə xitam verdi

Cəmiyyət
22:00 / 04.03.2024
15956
2024-cü il fevralın 28-də Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan tərəfə keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz Oğlu Pənahov barəsində Ermənistan Prokurorluğu tərəfindən aparılan cinayət təqibi dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Ermənistan İstintaq Komitəsi Pənahova qarşı cinayət təqibinə xitam verilməsi barədə prokurorluğa vəsatət verib və o, təmin edilib.