Castin Timberleyk həyat yoldaşına müraciət etdi

Castin Timberleyk həyat yoldaşına müraciət etdi

Amerikalı müğənni və aktyor Castin Timberleyk boşanma şayiələri arasında həyat yoldaşı Cessika Bieli 42 yaşı münasibətilə təbrik edib. Musiqiçi 72 milyondan çox abunəçisi olan İnstaqram səhifəsində həyat yoldaşı ilə video paylaşıb.


Sfera.az bildirir ki, keçmiş sevgilisi Britni Spirsin xatirələri yayımlandıqdan sonra Castin Timberleykin evliliyində ciddi problemlərin başladığı barədə xəbərlər yayılıb. Xatırladaq ki, Britni 2000-ci illərin əvvəllərində münasibətlərindən, xüsusən də müğənninin xəyanətindən və abort etməsindən danışıb.


Castin İnstagram səhifəsində sevgilisinin arxiv görüntülərini paylaşaraq, Tina Törnerin “The Best” mahnısından istifadə edib.
 

Klipdə cütlüyün illər boyu birlikdə olduqları anlar, eləcə də onların iki oğlu Phineas və səkkiz yaşlı Silas göstərilir.
 

"Bunu deməyin başqa yolunu tapmadım: Sən ən yaxşısan. Səni sevirəm. Ad günün mübarək"- Timberleyk yazıb.


Videoda müğənninin idman zalında döyüş sənətləri ilə məşğul olduğu kadrlar da görünür. Oğullarından birini bərk-bərk qucaqladığı kadr da videoda yer alıb.


Qeyd edək ki, 42 yaşını qeyd edən Cessika 2007-ci ilin yanvarında özəl klublardan birindəki məclisdən sonra Castinlə görüşməyə başlayıb. Tezliklə Biel sənətçinin şoularından birinə qatılanda yenidən birlikdə görüntülənib.
 

Bundan sonra onlar telefonla danışmağa başlayıblar və münasibətləri yaranıb. Bu münasibət 2012-ci ilin oktyabrında İtaliyada toyla nəticələnmişdi.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR