Norveç kralı Malayziyada xəstəxanaya yerləşdirildi

Norveçin 87 yaşlı kralı V Harald Malayziyada tətildə olarkən infeksiyaya yoluxub və xəstəxanaya aparılıb. Krala müvəqqəti ürək stimulyatoru verilib.
Sfera.az bildirir ki, evə qayıtdıqdan sonra kral yenidən xəstəxanaya yerləşdiriləcək.
Son bir neçə il ərzində Kral V Harald dəfələrlə əməliyyatlar və koronavirus da daxil olmaqla səhhətində problemlər yaşayır.
Kardiostimulyator quraşdırmaq qərarı isə onum ürək döyüntüsünün aşağı olmasına görə qəbul edilib. Kralın anestezioloqu Bjorn Bends, kardiostimulyatorun Norveçə qayıdarkən daha təhlükəsiz olacağını bildirib.
Yaxın bir neçə gün ərzində kral xəstəxanaya çatdırılmaq üçün müvafiq tibbi nəqliyyatla təmin olunacaq.
Harald müalicə alarkən, onun vəzifələrini Vəliəhd Şahzadə Haakon icra edəcək.
Xatırladaq ki, Kral 2022-ci ilin avqust və dekabr aylarında da infeksiyaya yoluxub. Bundan başqa, Kral Harald ayaq əməliyyatı, koronavirus, sidik kisəsi xərçəngi və ürək qapağı əməliyyatı da keçirib.
Tez-tez xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, Kraliça Marqret kimi taxtdan imtina etməyi planlaşdırmır.
O, daim 1991-ci ildə taxta çıxarkən Norveç parlamentinə verdiyi vədi xatırladır:
“Mən hər zaman dediklərimin üzərində dayanıram. And içmişəm və bu and ömürlük qüvvədədir".
Aysel
Sfera.az