"Co Baydenin əqli qabiliyyətinə şübhə edirik" - Amerikada SORĞU NƏTİCƏLƏRİ

Siyasət
17:58 / 04.03.2024
22465
Amerikalıların 60 faizi ABŞ Prezidenti Co Baydenin əqli qabiliyyətinə şübhə edir.
Sfera.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) NORC tədqiqat mərkəzi ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər yayıb.
Məlumata görə, respondentlərin 10-dan 6-sı Baydenin yaddaşının və zəkasının ona prezidentlik vəzifələrinin öhdəsindən gəlməyə imkan verdiyinə inamsız və ya heç də əmin olmadıqlarını bildiriblər.
Qeyd edilir ki, Baydenin psixi sağlamlığına şübhə edənlərin nisbəti 2022-ci illə müqayisədə 10 faiz artıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Baydenin əqli və fiziki cəhətdən qüsurlu insan olduğunu bildirib.
Əzizə Zeynal