"Barselona"nın baş məşqçisi o ola bilər - FOTO

İdman
17:40 / 04.03.2024
11504
“PSJ”nin baş məşqçisi Luis Enrike bu mövsümün sonunda Xavini əvəzləyə bilər.
Sfera.az bildirir ki, “Barselona”nın maliyyə problemləri Enrikenin təyinatına mane ola bilər, lakin Deko onu Xavinin yerinə ideal namizəd kimi görür.
Enrikenin PSJ ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. İspan mütəxəssis 2023-cü ildən Fransa klubunu çalışdırıb.
Qeyd edək ki, Enrike karyerasının əvvəlində "Barselona"da çalışıb. O, 2014-2017-ci illərdə Kataloniya klubuna rəhbərlik edib və kluba La Liqa, Kral Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunu qazanmağa kömək edib.
Fatimə Lətif