Dondurulmuş insanlar yenidən canlana bilərmi? – Maraqlı ARAŞDIRMA 

Dondurulmuş insanlar yenidən canlana bilərmi? – Maraqlı ARAŞDIRMA 

Canlıların dondurulması prosesi özlüyündə bir sənayeyə çevrilib. Bir kapsulada donub qalan və 100 il sonra oyanan insanlar barədə mülahizələr real həyatda da var.

 

Sfera.az xəbər verir ki, 1960-cı illərdə elm və tibbin daha da inkişaf edəcəyini düşünən elm adamları yaşlı və xəstə insanları dondurmaq və illər sonra onları oyatmaq üçün bir layihə hazırlayıb. “Cryonics Project” adlanan bu layihədə ölən insanlar dondurulur və xüsusi borularda yerləşdirlir. Layihə bu istiqamətdə irəliləsə də bu gün də dondurulmuş insanların aqibəti barədə heç bir məlumat yoxdur.

 

Doktor Paul Seqal bu təcrübəni öz itinin üzərində həyata keçirib. O, öz itini dondurub və sonra onu yenidən canlandırıb. Bu uğurdan sonra o, bu sınağı bir qurbağa üzərində tətbiq edib. Məhz bu sınaqdan sonra insanların layihəyə olan marağı artıb.

 

Lakin dondurulmuş insanların yenidən həyata qaytarılmasına dair bir fakt yoxdur.

 

Qeyd edək ki, bu layihə əsasında dondurulan ilk insan isə doktor Ceyms Betforddur. 73 yaşında böyrək xərçənginə tutulan və müalicəsi tapılana qədər dondurulmasını istəyən Dr.Ceyms 1967-ci ildən bəri dondurulmuş halda saxlanılıb.

 

Bu gün bu layihə çərçivəsində fəaliyyət göstərən bir çox şirkət var. Həmin şirkətlər dondurulmaq istəyən insanlara bir qolbaq verir. Üzərində “Dəfn etməyin və cəsədi yandırmayın” sözləri yazılır. Beləliklə dondurulana qədər bədənə zərər verilmir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...