"Başlanğıcda bu pilot bir layihə idi, amma bu gün..." - Nazir müavini

"Hazırda ölkədə 400 mindən çox şagird məktəblərdə ən qabaqcıl bacarıqlara yiyələnirlər".
Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinin final mərhələsində çıxışı zamanı deyib.
"Başlanğıcda bu pilot bir layihə idi, amma bu gün artıq 50-dən çox şəhər və rayonumuzda tətbiq olunur. II-XI sinif şagirdlərinin yarısından çoxu bu layihə ilə əhatə olunub.
H.Həsənli qeyd edib ki, şagirdlər gələcəyə ayaq uydurmaq üçün rəqəmsal bilikləri məhz məktəbdə öyrənməlidirlər:
"Nəticələr onu göstərir ki, bu gənclər gələcəkdə həmin əldə etdikləri fundamental bacarıqlarla özlərinə daha yaxşı həyat qura biləcəklər. Rayonlardan əlavə bu il sessiyalar həm də Füzulidə keçirilib. Kod saatı dünyada hər il baş verən prosesdir, artıq bizdə də bir neçə ildir keçirilir".
Firuzə Əliyeva