Putinlə Paşinyan KTMT barədə danışacaqlar? - Peskov AÇIQLADI

Putinlə Paşinyan KTMT barədə danışacaqlar? - Peskov AÇIQLADI

"Hazırda ən yüksək səviyyədə heç bir danışıq planlaşdırılmayıb, lakin lazım gələrsə, təbii ki, telefon danışıqları tez bir zamanda təşkil oluna bilər". 

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərdən birinin "İrəvanın KTMT-yə üzvlüyü məsələsi ilə bağlı Rusiya Federasiyası və Ermənistan liderləri arasında təmaslar nəzərdə tutulubmu?" sualını cavablandırarkən deyib.

 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə bildirib ki,  İrəvan KTMT-nin fəaliyyətlərində iştirakını dondurur. Paşinyan qeyd edib ki, hələlik bu, de-fakto edilir, lakin bunun de-yure olması mümkündür.


Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistanla münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib. Nazir qeyd edib ki, N.Paşinyan imtinaya səbəb kimi, KTMT-nin Azərbaycanı ittiham etməməsini göstərib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...