"Azərbaycan-Almaniya münasibətləri inkişaf edir" - Deputatdan AÇIQLAMA 

Azərbaycanın həm bölgədə, həm də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri artıq hər kəsə bəllidir. Ölkəmizin beynəlxalq nüfuzu ildən-ilə artır. Digər dövlətlərlə siyasi, iqtisadi, hərbi, sosial, mədəni və başqa sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər görülür, addımlar atılır.

 

Son zamanlar Azərbaycan Almaniya arasında da əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov deyib ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə istiqamətlənmiş qlobal layihələrin həyata keçirilməsi, dünyanın güclü dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir:

 

“Tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir. Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti sürətlə inkişaf etməkdədir. Dövlətimizin xarici siyasətində önəmli yer tutan məsələlərdən biri də dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulmasıdır. Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir. Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir”.

 

Millət vəkili xatırladıb ki, fevralın 28-də ölkə başçısı İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib:

 

“Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münhendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edib. Prezidentimizin bu görüşdə toxunduğu ən önəmli məsələ sülh prosesi ilə bağlı idi. Azərbaycan ərazilərinin 20 faizi 30 il Ermənistanın işğalı altında olub. Onlar həmin əraziləri dağıdıblar, 1 milyona yaxın soydaşımızı məcburi köçkün vəziyyətinə düşməyə məcbur ediblər. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif yollardan istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul etdi. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Biz bilirik ki, bu, Azərbaycan adına ləkə gətirmək üçün qəsdən atılmış bir addımdır. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”.

 

Son olaraq, C.Məmmədov bildirib ki, Prezidentin bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmadığı təqdirdə, Avropa Şurasından tamamilə çıxacağımız barədə düşünəcəyimizi çox ciddi şəkildə qeyd etməsi, bizim heç kəsdən asılı olmadığımızı bir daha göstərmiş oldu.

 

Günay

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...