Nadejdinin apellyasiya şikayəti təmin edilmədi - Putinə rəqib ola bilməyəcək

Rusiya Ali Məhkəməsi Moskva vilayətinin deputatı Boris Nadejdini ölkədə keçiriləcək prezident seçkilərində qeydə almaqdan imtina edib.
Sfera.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının Nadejdinin prezidentliyə namizəd kimi qeydə alınmaması barədə qərarı qüvvəyə minib. “Birinci instansiyanın qərarı dəyişdirilməyib, apellyasiya şikayəti təmin edilməyib”, - məhkəmədən bildirilib.
Siyasətçinin maraqlarını təmsil edən vəkil məhkəmədən rədd edilən imzaların əlyazma ekspertizası təyin edilməsini və bu müddət ərzində işə baxılmasını dayandıraraq seçkilərin təxirə salınmasını istəyib. Məhkəmənin onları köçürmək səlahiyyətinin olmadığını öyrəndikdən sonra vəkil ekspertiza təyin etməyi təklif edib. Bununla da o, Nadejdinin daha sonra nəticəyə etiraz edə bilməsini hədəfləyib.
Bundan əvvəl Nadejdin 2026-cı ildə Dövlət Dumasına keçiriləcək seçkilərdə qalib gələcəyini bəyan etmişdi. Siyasətçinin fikrincə, parlament seçkilərində qələbə onun növbəti prezident seçkilərində namizədliyinin qeydə alınmasını təmin edəcək.
Əzizə