POS-terminallarla əməliyyatlar artır - SƏBƏB

POS-terminallarla əməliyyatlar artır - SƏBƏB

Azərbaycanda POS-terminallarla aparılan əməliyyatların həcmi son illərdə bir neçə dəfə artıb. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ay ərzində bir POS-terminalla aparılan əməliyyatların həcmi 2016-cı ildə 1489 manat olduğu halda, 2019-cu ildə 2949 manata, 2022-ci ildə 8606 manata, 2023-cü ildə 11 885 manata yüksəlib. 


Terminallarda əməliyyatların həcminin artmasına əməliyyatların sayının artması səbəb olub. 2016-cı ildə bir POS-terminalla ay ərzində 10,6 əməliyyat aparılırdısa, hazırda əməliyyatların sayı 480-500 səviyyəsindədir. 


Məlumatlardan aydın olur ki, indi POS-terminalla daha kiçik məbləğdə olan əməliyyatlar da həyata keçirilir. 2016-cı ildə bir əməliyyatın orta məbləği 144 manat olduğu halda hazırda bu məbləğ 25 manatdır. 


Dinamika ondan xəbər verir ki, insanlar plastik kartlarla əməliyyatları daha üstün tuturlar. Buna səbəb ödəniş imkanlarının rahat olması, eyni zamanda plastik kartlarla əməliyyatların əlavə gəlir gətirməsidir. Plastik kartlarla əməliyyatlar onun sahibinə “cash back” (kəşbək) və ƏDV-nin daha çox hissəsini geri qaytarmağa imkan verir. 


Kəşbək mal və ya xidmətin alınması üçün ödənilən məbləğin bir qisminin geri qaytarılmasıdır. Bu cür geri ödənişlər yalnız plastik kartla olan ödəmələrdə mümkün olur. Banklar onun kartlarından istifadə edən müştərilərinə ödənişinin 1-10 faizi qədərində, hətta daha yüksək nisbətdə gəlir əldə etmək imkanı yaradır. Məsələn, ay ərzində 1000 manat ödəniş edən plastik kart sahibi ən azı 10-15 manat kəşbək qazana bilir. Belə üstünlüklər qeyri-nağd ödənişlərdə olmur. 


Plastik kartlarla ödənişlərin həyata keçirilməsi həm də “ƏDV geri al” üzrə daha yüksək gəlir gətirir. Nağd formada ödəniş edən şəxs ödədiyi ƏDV-nin 5 faizini geri aldığı halda plastik kartla ödənişdə 17,5 faizini geri alır. Bu, “ƏDV geri al” üzrə plastik kartla ödəniş zamanı nağd ödənişə nisbətən 3,5 dəfə çox qazanc əldə etmək imkanı verir. 


Yalnız bu iki səbəb kifayət edir ki, son illərdə Azərbaycanda plastik kartlarla ödənişlərin həcmi artsın. Yəqin ki, qarşıdakı illərdə qeyri-nağd əməliyyatların həcmi daha da artacaq və yeni rekord göstəricilər qeydə alınacaq. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

Terror təşkilatlarını hansı ölkələr maliyyələşdirir? - SİYAHI

Son onilliklər ərzində beynəlxalq təhlükəsizlik üçün əsas təhdidlərdən biri terrorizmin artması və yayılması olub. Bu təhdidin daha da dərinləşməsində terror qr...

15 May - Beynəlxalq Ailə Günüdür

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən etibarən təsis edilən bu günün məqsədi ailə i...

Putinlə Ənvər İbrahim arasında “taxt” dialoqu - VİDEO - FOTO

Moskvaya səfər edən Malayziya Baş naziri Ənvər İbrahimlə Rusiya Prezidenti Vladimir Putin arasında maraqlı və gülməli dialoq yaşanıb.   Sfera.az &ldq...

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...

İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri normallaşdırmaq üçün şərtlərdən birini açıqlayıb.  Tramp bildirib ki, İran Yaxın Şərqdəki silahlı qru...