Biznes kreditlərinin həcmi 13 milyard manata yüksəlib – RƏQƏMLƏR

Biznes kreditlərinin həcmi 13 milyard manata yüksəlib – RƏQƏMLƏR

Azərbaycanda biznes kreditlərinin həcmi 12,92 milyard manata çatıb. 


Sfera.az xəbər verir ki, 2024-cü ilin fevralın 1-də kreditlər üzrə borc məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,074 milyard manat, yəni 19 faizdən çox artıb. 
Biznesin kredit borcunun 401,5 milyon manatı qeyri-işlər kreditlərdən ibarətdir. Bu məbləğ ümumi borcun 3,1 faizini təşkil edir. 


Biznes fəaliyyəti üçün alınan kreditlər üzrə borcların çox hissəsi iri sahibkarların aldığı kreditlər üzrə yaranıb. İri sahibkarların kredit borcu 6,85 milyard manat olmaqla biznesin ümumi borcunun 53 faizini təşkil edib. 


Mikro sahibkarların biznes fəaliyyətinə görə kredit borcu 2,63 milyard manat, orta sahibkarların 1,885 milyard manat, kiçik sahibkarların isə 1,55 milyard manatdır. 
Statistikaya görə, son aylarda yalnız iri sahibkarların kredit borcu artıb, digərlərində azalma qeydə alınıb. Son 7 ayda iri sahibkarların kredit borcu 37 faizdən çox artdığı halda digərlərinin borcu 15 faizdən çox azalıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...

Astroloq müjdəni verdi: Qarşıdakı 4 gün ərzində...

Astrologiyaya görə, bu gün Günəş və Uran birlikdə hərəkət edəcək. Dörd gün ərzində təsirli olacaq bu astroloji inkişaf bürclərə müsbət mənada təsir göstərəcək. ...