Paşinyanın Rusiya ilə bağlı YENİ PLANI: Moskvanın reaksiyası necə olacaq?

Paşinyanın Rusiya ilə bağlı YENİ PLANI: Moskvanın reaksiyası necə olacaq?

Ermənistanda Rusiya əleyhinə aksiyalar keçirilir. 

 

Bu barədə Sfera.az-a politoloq Məhəmməd Əsədullazadə məlumat verib. 

 

Politoloqun sözlərinə görə, Ermənistanda “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı İrəvanın “Zvartnots” hava limanından Rusiya sərhədçilərinin çıxarılmasını tələb edib:

 

“Bu etiraz aksiyası hakimiyyət tərəfindən təşkil edilib və Rusiyaya qarşı ictimai etirazın başladılmasının tərkib hissəsidir. Bir neçə gün bundan əvvəl, hakim "Mülki Müqavilə" partiyasının funksionerləri və hakimiyyət rəsmiləri Rusiyanın İrəvan aeroportundan sərhəd xidmətinin çıxarılmasının vacibliyini qeyd ediblər. Artıq İrəvan küçələrində "Rədd olsun Rusiya" etirazları səslənir”. 

 

Ekspert bildirib ki, Ermənistanda Rusiya hərbçilərinin çıxarılması üçün ictimai kampaniya başlayıb: 

 

“Paşinyanın İrəvanda Rusiya hərbçilərinin çıxarılması üçün geniş xalq etirazını da təşkil etməsi mümkündür. Bu təzyiqlər qarşısında Rusiya İrəvan aeroportundakı sərhədçilərini çıxara bilər. Amma Moskvanın hərbçilərini ölkədən çıxarması gözlənilmir. Bu proses Ukrayna cəbhəsində hərbi əməliyyatlardan asılı olacaq. Yəni Rusiya Ukraynada məğlub olarsa, Qərbin Ermənistanda anti-Rusiya siyasəti effektli ola bilər. Lakin Rusiya Ukraynada əhəmiyyətli irəliləyiş əldə edərsə, Qərbin “Ermənistan siyasəti” iflasa uğrayacaq”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...