Tibb təhsili olmadan stomatoloq fəaliyyəti göstərmək olarmı? - AÇIQLAMA

Tibb təhsili olmadan stomatoloq fəaliyyəti göstərmək olarmı? - AÇIQLAMA

Tibb təhsili almadan klinika açaraq, stomatoloq kimi fəaliyyət göstənlərin sayı az deyil. Onlar yalnız bir-iki aylıq kurslardan aldıqları sertifikatla fəaliyyət göstərirlər.

 

Bəs bu nə dərəcədə düzgündür?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan stomatoloq Rauf Məmmədov bildirib ki, Tibb Universitetini bitirməyən, həkim diplomu olmayan şəxslərin bu fəaliyyətlə məşğul olması düzgün deyil.

 

“Tibb təhsili olmayan şəxslər stomatoloq kimi fəaliyyət göstərdiyi zaman pasientlərin sağlamlığında problemlər yarada bilərlər. Çünki tibb təhsilində sadəcə stomatoloji terminlər deyil, ümumi tibbin müalicə üsulları öyrədilir. Tibb Universitetində stomatologiya ixtisasında cərrahlığın əsas nəzəriyyələri, digər xəstəlikərin bütün predmetləri öyrədilir. Bir-iki aylıq kurslarda isə həkimliyə xas olan predmetlərin hamısının öyrədilməsi qeyri-mümkündür. Stomatoloqların mütləq şəkildə tibbi savadı olmalıdır. Xəstənin halı pisləşərsə o müdaxilə etmək iqtidarında olmalıdır. Qeyri-peşəkar stomatoloqların olması peşəkarların da adına xələl gətirir”.

 

Həkim qeyd edib ki, pasientlər ilk növbədə büdcəni fikirləşirlər.

 

"Ona görə də ən ucuz olanı seçirlər. Qiymətləri ucuz təyin edən həkimlər də işinin peşəkarı olmur. Qiymət, xidmətin keyfiyyətindən asılı olaraq dəyişən faktordur. Lakin xəstələr həkimə getməzdən əvvəl öz sağlamlıqları üçün həkimi araşdırmalı və buna müvafiq seçimi etməlidirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...

Astroloq müjdəni verdi: Qarşıdakı 4 gün ərzində...

Astrologiyaya görə, bu gün Günəş və Uran birlikdə hərəkət edəcək. Dörd gün ərzində təsirli olacaq bu astroloji inkişaf bürclərə müsbət mənada təsir göstərəcək. ...