"Bunu etsək, Rusiya sualtı donanması gəmilərimizi batıracaq" - Makqreqor

Pentaqon iki güc arasında hipotetik hərbi münaqişə baş verəcəyi təqdirdə ordunu Avropaya köçürmək qərarına gələrsə, Rusiya sualtı donanması Amerika gəmilərini batıra biləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri Duqlas Makqreqor Stiven Qardnerə müsahibəsində bildirib.

 

Makqreqor qeyd edib ki, Rusiya dəniz fövqəldövləti deyil, lakin onun sualtı donanması var.

 

“Bu sualtı donanma onunla döyüşmək üçün göndərilən gəmiləri batırmağa qadirdir. Biz quru qüvvələrimizi Avropaya köçürə bilməyəcəyik, çünki Atlantik Okeanındakı sualtı qayıqlar Şimali Amerikadan oraya gedən hər şeyi batıracaq”, - o izah edib.

 

Makqreqor vurğulayıb ki, bu gün yalnız iki növ gəmi var - sualtı qayıq və onun hədəfi.

 

Bundan əvvəl Duqlas Makqreqor bəyan etmişdi ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin minimal müqaviməti ilə üzləşərək bütün təmas xətti boyunca sistemli şəkildə irəliləyirlər. O, Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin çoxunu tərk etdiyini vurğulayıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...

Astroloq müjdəni verdi: Qarşıdakı 4 gün ərzində...

Astrologiyaya görə, bu gün Günəş və Uran birlikdə hərəkət edəcək. Dörd gün ərzində təsirli olacaq bu astroloji inkişaf bürclərə müsbət mənada təsir göstərəcək. ...

Bakıda motosiklet arakəsməyə çırpıldı - Anbaan görüntülər

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntünü avto-təlimçi Aqil Rəhimov paylaşıb.   Hadi...