Sərnişindaşımada yaşanan problemlərin səbəbi nədir? - "Ödənişlər kartla olan zaman..." + AÇIQLAMA

Sərnişindaşımada yaşanan problemlərin səbəbi nədir? -

Sərnişindaşıma cəmiyyətdə böyük əhəmiyyətə malik sahələrdən biridir. Bakı şəhərində bu fəaliyyətdə bir sıra problemlər var. Həmin problemlərin nəticəsi olaraq gündəlik həyatda müəyyən qüsurlarla rastlaşırıq.

 

Sərnişindaşımanın qollarından biri də taksi fəaliyyətdir. Bu fəaliyyət zamanı da sərnişinlər bir çox problemlərlə üzləşirlər.

 

Bəs bu problemlər hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, bu problemlər əvvəla sürücülərin davranış qaydalarından irəli gəlir.

 

“Taksi fəaliyyəti iki əsas üsulla həyata keçirilir. Bunlardan biri ənənəvi taksilərdir. Onlar fərdi sahibkar kimi qeydiyyatdan keçib, VÖEN alan şəxslərdir. Bu taksi sürücüləri taksometrlə və ya müştəri ilə şifahi razılıq əsasında qiymət müəyyən edirlər. Bu üsulla fəaliyyət göstərən taksilər digər taksilərə nisbətən daha baha olur.

 

Digər üsul isə aqreqator adlandırdığımız vasitəçilərin mobil tətbiqlərindən istifadə edən sürücülərin göstərdiyi fəaliyyət növüdür. Aqreqator mobil tətbiqi istifadəyə verir və sərnişin həmin tətbiqdən qeydiyyatdan keçir. Ən böyük problemlər nağdsız ödənişlər zamanı baş verir. Çünki ödənişlər kartla olan zaman sürücülərin çoxu sərnişindən sifarişin ləğv edilməsini tələb edirlər. Çünki özləri ləğv etdikdə proqramda olan reytinqləri aşağı düşür. Bu problemin kökü yalnız sürücü ilə əlaqədar deyil. Çox sürücü vergi orqanlarında qeydiyyatdan keçmir, VÖEN və fərqlənmə nişanı almırlar. Aqreqatorlar da həmin sürücüləri işəgötürən zaman bu tələbləri yoxlamır və hansı avtomobildən istifadə edəcəyini belə soruşmurlar. Bunun nəticəsində, VÖEN hesabları olmadığı üçün kartla edilən ödənişlər aqreqatorların hesablarına köçürülür. VÖEN və fərqlənmə nişanı aldıqdan sonra bir sıra icbari ödənişlər etməlidir.

 

Aqreqatorlar vasitəçi adlandırdığımız şirkətlərdir. Onlar mobil tətbiqləri hazırlayır və həm sürüclərə həm sərnişinlərə istifadəyə verir".

 

Vəkil qeyd edib ki, sürücünün sutkanın böyük bir hissəsini işləməsi və bunun nəticəsində yorğun və yuxulu olması, avtomobilin nasazlıq vəziyyəti problemləri yaradan əsas nüanslardan biridir.

 

“Parklanma yerlərinin çatışmazlığı, insanların iş həyatında operativliyin aşağı düşməsi onların işə gecikməsinə və stressə səbəb olur. Sərnişindaşıma fəaliyyətinin infrastrukturu möhkəm fundament üzərində qurulmalıdır. Bu fəaliyyət növü tənzimlənməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...