"Qırmızı dəniz böhranı ərzağı bahalaşdıracaq" - BMT rəsmisi

“Husilərin Bab əl-Məndəb boğazı və Qırmızı dəniz üzərindən su yollarının blokadası qlobal ərzaq ticarətinə zərbə vurur və qiymətlərin artmasına səbəb olur”.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı ofisinin direktoru Oleq Kobyakov deyib.
"Bu marşrut üzrə səyahət etmək üçün gəmi kirayələmək xərcləri demək olar ki, dörd dəfə artıb, yük daşımaları isə 30% azalıb”,- o bildirib.
FAO rəsmisi qeyd edib ki, dünyanın ən böyük gəmiçilik şirkətləri malları Qırmızı dəniz vasitəsilə çatdırmaqdan imtina ediblər:
"Bu, qurulmuş tədarük zəncirlərini pozub. Yük sahibləri Asiya və Avropa arasında səyahət etmək üçün Ümid burnu ətrafında gəmilər göndərərək, dairəvi marşrutdan istifadə etməyə məcbur olurlar. Bu marşrut 8 min kilometr uzundur və 10-14 gün daha çox vaxt aparır. Əlavə yanacağın alınması isə xərcləri orta hesabla 15% artırır”.
Firuzə Əliyeva