İsraillə HƏMAS arasında MÜBAHİSƏ: Razılığa gələ bilmirlər – YENİ ŞƏRT

İsraillə HƏMAS arasında MÜBAHİSƏ: Razılığa gələ bilmirlər – YENİ ŞƏRT

İsrail atəşkəs danışıqlarında iştirakla bağlı yeni şərt irəli sürüb.

 

Sfera.az bildirir ki, HƏMAS nümayəndələri və vasitəçiləri Qəzzada yeni atəşkəs üçün planlaşdırılan danışıqlara görə Misirin paytaxtı Qahirəyə gediblər.

 

Bununla belə, İsrail danışıqlarda iştirak üçün şərt kimi HƏMAS-ın əlində hələ də sağ olan israilli girovların adlarının açıqlanmasını tələb edib.

 

Adı açıqlamayan ABŞ rəsmisi İsrailin razılaşmanı qəbul etdiyini desə də, yerli mediada fərqli məlumatlar dərc olunub.

 

Belə ki, İsrail mediası HƏMAS-ın hansı girovların sağ olduğunu açıqlamaqdan imtina etdiyini və buna görə də İsrailin danışıqlarda iştirak etməyəcəyini yazıb. ABŞ-yə görə, altı həftəlik yeni atəşkəslə daha çox israilli girov və fələstinli məhbus azad ediləcək.

 

HƏMAS 24-48 saat ərzində atəşkəs də daxil olmaqla razılaşmanın əldə olunacağını açıqlayıb.

 

Misir mətbuatına açıqlama verən HƏMAS nümayəndələri atəşkəsin əldə olunmasında İsrailin münasibətinin həlledici olacağını bildiriblər. Misir rəsmiləri danışıqlarda həm HƏMAS, həm də İsrailin iştirakını gözlədiklərini qeyd ediblər.

 

Günay


OXŞAR XƏBƏRLƏR