"Onu mən ərköyün etdim, sonra öhdəsindən gələ bilmədim..." - Bacısından Fədayə Laçınla bağlı AÇIQLAMA

“Uşaqlıqdan həkim ailəsində böyümüşəm. Babam çox məşhur həkim olub. O, xəstəxanada baş həkim idi. İşarası yeməyini yeyəndən sonra radioda konsertlərə qulaq asırdı.Rəhmətlik Şövkət Ələkbərova, Əbülfət Əliyev, Hacıbaba Hüseynov və s. sənətkarlar oxuyurdu. Mən də sakitcə durub dinləyirdim. İstər-istəməz evimizdə o musiqiləri eşidirdim. Hər şey ailədən başlayır. O möhtəşəm sənətkarlara qulaq asırdım, onların səsi ilə böyüyürdüm”.

 

 

 

Sfera.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni İlahə Fəda deyib. O daha sonra Əliağa Vahidin qəzəllərinin onun sənətinə təsir etdiyini də bildirib. 

 

“Sənətə yeni başlayanda Mərdəkanda bir restoran var idi, orada səhnə alırdım. Bir gün istədilər ki, muğam oxuyum. Mən də Əliağa Vahidin 30-40 qəzəlini əzbərdən bilirəm. Başladım Vahidin qəzəllərini oxumağa. O vaxt hələ muğamın incəliklərini, sirlərini bilmirdim. Həmin gün çox pul qazandım. Vahidin adı gələn kimi dollarlar gəlirdi. Məclis dağılandan sonra musiqiçilərə dedim ki, vallah bu pulu mən yox, Əliağa Vahid qazanıb. Musiqiçilərə dedim ki, gedək onun qəbrini ziyarət edək. Onların heç biri də bilmir ki, o, harada dəfn olunub. Mən bilirdim ki, o, Masazır kəndindəndir. Getdik Masazıra, kəndin içindəki yolayrıcında Əliağa Vahidin heykəli var idi. Onun heykəlinin qarşısında təzim edib dedim ki, bu pulları sənə görə qazanmışam, halal et” -  müğənni bildirib.

 

İlahə Fəda qeyd edib ki, qəzəlxanın qızının maddi və sosial durumu haqqında heç bir məlumatı yoxdur. Müğənniyə qəzəlxanın qızı Firəngiz xanımın işsiz qaldığı, maddi durumuna görə iş axtardığı xatırladılıb.

 

“Vahidin qızı nə gözləyirdi ki?! Zatən o vaxtki sistem Vahidə dəyər vermədi, onun qızına nə dəyər verəcəkdi?! Yəqin ki, məni anladınız! Qızı bunu düşünməli idi! Burada bir məntiq var. O xanımın yerinə olsa idim, heç bildirməzdim ki, Əliağa Vahidin qızıyam. O qədər qürurlu olardım. Xanım səsini çıxartdı nə oldu?! İstədiyinə nail oldumu? Olmadı!” - müğənni bildirib.

 

İlahə Fəda bacısı Fədayə Laçınla küsülülük iddialarına da son qoyub:

“Fədayənin ayağına bir tikan batsa, mənim ürəyimə sancılmış kimi hiss edərəm. Fədayə bunu çox gözəl bilir. Mən Fədayədən necə inciyə bilərəm?! İncisəm də bir mahnısına qulaq asıram, ürəyimin yağı əriyib gedir. Ərköyündür də. Onu da mən ərköyün etmişəm, sonra öhdəsindən gələ bilmədim. Boynuma alıram (gülür)”.


OXŞAR XƏBƏRLƏR

Fuad Babayevin məhkəməsi başladı - Hansı cəza veriləcək?

"Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəş...

Ağır qəzada ölən qohumların FOTOSU

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.   Sfera.az xəbər ver...

21 yaşlı hamilə qadının ölümünə görə ginekoloq məhkəmə QARŞISINDA

Allahverdiyeva Gülcan İlham qızının Culfa Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə aparılarkən yolda ölməsi ilə bağlı Culfa Rayon ...

"Kızılcık Şerbeti”nin aktrisasına 5 il həbs

"Kızılcık Şerbeti” serialında "Nilay" obrazı ilə tanınan aktrisa Feyza Civelek keçmiş sevgilisi Alican Kurtun qız dostunu hədələdyi üçün mə...

Bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu talayıb.   Sfera.az xəbər verir ki,...

ABŞ-İran görüşü hansı tarixdə reallaşacaq? - AÇIQLAMA

“İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların növbəti raundunun vaxtı və yeri ilə bağlı hələlik razılıq əldə olunmayıb”.   Sfera.az...