“Qalatasaray” derbidə “Beşiktaş”a qalib gəldi

“Qalatasaray” derbidə “Beşiktaş”a qalib gəldi

Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib.

 

Sfera.az xəbər verir ki, turun mərkəzi görüşü İstanbulda baş tutub. "Beşiktaş" doğma meydanda "Qalatasaray"ı qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 2-ci dəqiqədə avtoqol müəllifi olan Əl-Musrati vurub.

 

Günün digər oyunlarında "Başakşəhər" "Samsunspor"u 1:0, "Konyaspor" isə "Pendikspor"u 2:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, turnir cədvəlinə 75 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 73 xalla 2-ci, 46 xala malik Trabzonspor" və "Beşiktaş" komandaları isə üçüncü və dördüncü yerləri bölüşürlər.


OXŞAR XƏBƏRLƏR