Yollar buz bağlayacaq - Xəbərdarlıq

Cəmiyyət
14:43 / 03.03.2024
20426
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.